Britaniyada 17 yaşlı boksçu döyüşdən sonra ölüb

Britaniyada 17 yaşlı boksçu döyüşdən sonra ölüb O, qarşılaşmadan sonra özünü pis hiss edib
Fərdi
26 Mart , 2017 09:57
Britaniyada 17 yaşlı boksçu döyüşdən sonra ölüb

Bakı. 26 mart. REPORT.AZ/ Böyük Britaniyada gənc boksçu həvəskar turnirdən sonra vəfat edib.

"Report" "The Independent"ə istinadən xəbər verir ki, 17 yaşı olan həvəskar boksçu 24 mart ərəfəsində keçirilən yarışlarda iştirak edib.

Döyüşdən sonra idmançının vəziyyəti pisləşib, ona ilkin tibbi yardım göstərilib. Lakin oğlanın həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanaya gəldikdən sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi