"Paris-2024" Yay Olimpiya Oyunlarının proqramına breyk-dans növünün salınması təklif olunub

"Paris-2024" Yay Olimpiya Oyunlarının proqramına breyk-dans növünün salınması təklif olunub Bakı. 21 fevral. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçiriləcək 2024-ci il Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışın proqramına bir sıra idman növlərinin daxil edilməsini təklif edib.
Fərdi
21 Fevral , 2019 15:22
Paris-2024 Yay Olimpiya Oyunlarının proqramına breyk-dans növünün salınması təklif olunub

Bakı. 21 fevral. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçiriləcək 2024-ci il Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışın proqramına bir sıra idman növlərinin daxil edilməsini təklif edib.

"Report" xəbər verir ki, bunlar qayayadırmanma, skeytbordinq, sörfinq və idman rəqsi breyk-dansdır. Bu növlərin "Paris-2024"ün proqramına daxil edilməsi ilə bağlı yekun qərarı Beynəlxalq Olimpiya Komitəsi (IOC) verəcək.

Breyk-dans 2018-ci ilin oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında olimpiya növü kimi debüt edib. Bu idman növünün ilk qalibi isə Rusiya təmsilçisi Sergey Çernışev olub.

IOC ötən ilin iyulunda "Tokio-2020" Yay Olimpiya Oyunlarının proqramına 5 yeni idman növünün daxil edilməsi ilə bağlı qərar çıxarıb. Bunlar beysbol, karate, sörfinq, qayayadırmanma və skeytbordinqdir. Bu siyahının yalnız qarşıdakı olimpiada üçün nəzərdə tutulduğu qeyd olunub və sonrakı Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi proqramı formalaşdırmaq hüququna malikdir.

Qeyd edək ki, Paris Yay Olimpiya oyunları 24 iyul - 11 avqust 2024-cü ildə olacaq. 

Son xəbərlər

Orphus sistemi