Braziliyalı idmançı 33 yaşında vəfat edib

Braziliyalı idmançı 33 yaşında vəfat edib Braziliyalı üzgüçü Yan Matos 33 yaşında dünyasını dəyişib.
Fərdi
22 dekabr 2021 12:39
Braziliyalı idmançı 33 yaşında vəfat edib
Yan Matos

Braziliyalı üzgüçü Yan Matos 33 yaşında dünyasını dəyişib.

"Report" Braziliya Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, idmançının ölümünə ağciyər infeksiyası səbəb olub.

O, oktyabrın 30-dan Rio-de-Janeyrodakı xəstəxanaların birində müalicə olunurdu.

Qeyd edək ki, Yan Matos Rio-2016 Yay Olimpiya Oyunlarında suya tullanma növündə çıxış edib.

Son xəbərlər

Orphus sistemi