Braziliyada 14 yaşlı idmançı koronavirusdan vəfat etdi

Braziliyada 14 yaşlı idmançı koronavirusdan vəfat etdi Braziliyalı üzgüçü Mariana Franklin Ferreyra koronavirusdan dünyasını dəyişib.
Fərdi
22 Dekabr , 2020 16:16
Braziliyada 14 yaşlı idmançı koronavirusdan vəfat etdi

Braziliyalı üzgüçü Mariana Franklin Ferreyra koronavirusdan dünyasını dəyişib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, idmançı 14 yaşında vəfat edib.

O, bir ay əvvəl koronavirusdan sağalsa da, yenidən simptomlar hiss edib və xəstəxanaya aparılıb.

Növbəti testi də müsbət çıxan Ferreyranın ağciyəri koronavirusa görə zərər görüb. İki dəfə ürəyi dayanan idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mariana Franklin Ferreyra 9-10 dekabrda Santosdakı yarışa qatılıb. O, turnirdə özünü pis edib.

Mariana Franklin Ferreyra
Mariana Franklin Ferreyra

Son xəbərlər

Orphus sistemi