Böyüklər arasında boks üzrə Azərbaycan çempionatı davam edir

Böyüklər arasında boks üzrə Azərbaycan çempionatı davam edir Yarışda respublikamızın müxtəlif bölgələrini təmsil edən 150-dən çox idmançı gücünü sınayır
Fərdi
9 Yanvar , 2015 22:09
Böyüklər arasında boks üzrə Azərbaycan çempionatı davam edir

Bakı. 9 yanvar. REPORT.AZ/ Şağan Olimpiya Kompleksində böyüklər arasında boks üzrə Azərbaycan çempionatı davam edir.

"Report" AzərTAc-aistinadla xəbər verir ki, yarışda respublikamızın müxtəlif bölgələrini təmsil edən 150-dən çox idmançı gücünü sınayır.

Turnirin ilk günündə 23 döyüş keçirilib. Azərbaycan kuboku uğrunda sonuncu yarışın qalibi Araz İmaməliyev bu dəfə yeni çəki dərəcəsində (52 kq) çıxış etməsinə baxmayaraq, ilk görüşdə asanlıqla qalib gəlib. O, Əli Nəbiyevi birinci raundda texniki nokautla üstələyib.

Fərid Ağamoğlanov (56 kq) ilk qarşılaşmada aşkar üstünlüklə qalib gəlib. “Rabitə”nin üzvü Abşeron boksçusu Əsgər Rəhimovu məğlub edib.

Gənclərdən ibarət milli komandamızın üzvü Tayfur Əliyev isə Ceyhun İbrahimlini mübarizədən kənarlaşdırıb.

Azərbaycan kubokunun finalçısı Romal Aslanov (69 kq) ilk mərhələni döyüşsüz qələbə ilə başa vurub. Onun rəqibi Allahverdi Vəliyev rinqə çıxmaqdan imtina edib. Bu çəki dərəcəsində mükafatçılar sırasına düşməyə namizəd olan Elnur Süleymanov isə Lənkəran nümayəndəsi Məhərrəm Məmiyevi məğlub edib. Yetmiş beş kiloqram çəki dərəcəsində qələbəyə əsas namizədlərdən sayılan Kamran Şahsuvarlı lənkəranlı Taleh Fərzili üzərində texniki nokautla qələbə qazanıb.

Təşkilatçılar tərəfindən yarışın yanvarın 12-də başa çatması nəzərdə tutulsa da, iştirakçıların çoxluğundan final bir gün sonraya təyin edilib.

Son xəbərlər

Orphus sistemi