Böyük Zirə adasından Dənizkənarı Milli Parkadək üzgüçülük estafeti keçirilib

Böyük Zirə adasından Dənizkənarı Milli Parkadək üzgüçülük estafeti keçirilib Yarış Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil olunub
Fərdi
144
29 İyun , 2018 13:47
Böyük Zirə adasından Dənizkənarı Milli Parkadək üzgüçülük estafeti keçirilib

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun yaradılmasının 100 illik yubileyi münasibətilə üzgüçülük estafeti keçirilib. 

“Report”un məlumatına görə Böyük Zirə adasında start götürən yarış Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsinədək davam edib. Əsasən, güc strukturlarından olan iştirakçılar 9800 metr məsafəni qət ediblər. 

Yarışın qalibi Daxili İşlər Nazirliyinin komandası olub. Su İdman Sarayının idmançıları ikinci, Dövlət Sərhət Xidmətinin əməkdaşları isə 3-cü yeri tutublar. 

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirə gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər qatılıb. Mükafatlandırma mərasiminin sonunda qaliblərlə xatirə şəkilləri çəkdirilib.

A.Rəhimov jurnalistlərə açıqlamasında təəssüratlarını bölüşüb: "Bu gün hamımız çox gözəl tədbirin iştirakçıları, şahidləri olduq. Otuz ilə yaxındır Bakıda belə bir yarış keçirilir. Çox şadıq ki, bu yarış cümhuriyyətimizin, qəhrəman ordumuzun 100 illiyinə həsr olunub. Tərkibi 12 üzgüçüdən ibarət hər bir komanda 9600 metr məsafə qət etdi. Çox şadıq ki, belə qəhrəman üzgüçülərimiz, övladlarımız var. Onlar qələbələrini cümhuriyyətimizə və ordumuza həsr ediblər. Bundan məmnunluq duyur və inanırıq ki, gələcəkdə də bu cür böyük tədbirlər təşkil edəcəyik". 

Son xəbərlər

Orphus sistemi