Yuxarı

“Böyük İpək yolu” turniri: Boksçularımız qazandığı qızıl medalların sayı 7-yə çatıb - FOTO

Xatirladaq ki, turnirinin günorta proqramında Azərbaycan milli komandasının daha 4 üzvü qızıl medal qazanmışdı

Bakı. 19 aprel. REPORT.AZ/ Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan “Böyük İpək yolu” turnirində boksçularımız ümumilikdə 7 qızıl medal qazanıblar.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu gün Bakıda keçirilən “Böyük İpək yolu” beynəlxalq turnirinə yekun vurulub. 

“Baku Cristal Hall”da baş tutan turnirin axşam proqramında daha 5 çəki dərəcəsi üzrə final görüşləri keçirilib. Bu görüşlərdə Azərbaycan milli komandasının daha 3 üzvü qızıl medal sahibi olub.

52 kq çəki dərəcəsində Elvin Mamişzadə (Azərbaycan) Azamat Issakulov (Kazaxıstan) görüşü yığmamızın üzvünün qalibiyyəti ilə başa çatıb (2:1).

60 kq çəki dərəcəsində milli komandamızın üzvü Elvin İsayev finalda qələbə qazanıb. Boksçumuz həlledici görüşdə kazaxıstanlı Nurbol Kaljanova heç bir şans verməyib (3:0)

Azərbaycan milli komandasının digər üzvü Tamerlan Abdullayevin (69 kq) Onder Sipal ilə (Türkiyə) görüşü isə baş tutmayıb. Türkiyəli idmançı zədələndiyi üçün görüşə çıxmaqdan imtina edib və T.Abdullayev qalib elan olunub.

81 kq çəkidə Cem Karlidag (Türkiyə) Radoslav Pantelyev (Bolqarıstan) görüşü bolqarıstanlı idmançının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Boksçumuz Kamran Mehdiyev (91 kq) isə özbəkistanlı idmançı Bahodir Jalolova məğlub olub (0:3).

Qalib və mükafatçılar Azərbaycan Boks Federasiyası tərəfindən medal və fəxri diplomlarla təltif olunublar.

Xatirladaq ki, turnirinin günorta proqramında Azərbaycan milli komandasının daha 4 üzvü qızıl medal qazanmışdı.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi