Böyük Dəbilqənin qalibi: "Bu sevinci sözlə ifadə etmək çətindir"

Böyük Dəbilqənin qalibi: "Bu sevinci sözlə ifadə etmək çətindir" "Bu, mənim Parisdəki Böyük Dəbilqədə ikinci qızıl medalımdır. Gözəl hisslər keçirirəm. Bu sevinci sözlə ifadə etmək çətindir".
Fərdi
6 Fevral , 2023 17:03
Böyük Dəbilqənin qalibi: Bu sevinci sözlə ifadə etmək çətindir

"Bu, mənim Parisdəki Böyük Dəbilqədə ikinci qızıl medalımdır. Gözəl hisslər keçirirəm. Bu sevinci sözlə ifadə etmək çətindir".

Bunu "Report"a açıqlamasında Fransanın paytaxtı Parisdakı Böyük Dəbilqə turnirində qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev deyib.

60 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışın çox yaxşı təşkil olunduğunu bildirib: "Bu, tribunada yer alan azarkeşlərdən də bəlli olurdu Yarışa kifayət qədər güclü idmançılar qatılmışdı. Onların arasında taybeyli Yan Yunvey və cənubi koreyalı Li Ha Rimi qeyd edə bilərəm. Bu cüdoçular Parisdəki Böyük Dəbilqədə hər il yüksək səviyyədə güləşirlər".

Ağayev ən çətin görüşünün finalda yerli idmançı Sedrik Revoluya qarşı olduğunu söyləyib: "Yarış Fransada keçirildiyindən hakimlər rəqibə köməklik edirdilər. Buna baxmayaraq, qalib gəlib Azərbaycan himnini səsləndirdim".

Qarşıda cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada Açıq Avropa və İsrailin paytaxtı Təl-Əvivdə Böyük Dəbilqə turnirləri gözləyir. Gənc idmançının sözlərinə görə, həmin yarışlarda iştirakına məşqçilər heyəti qərar verəcək.

Son xəbərlər

Orphus sistemi