Böyük Dəbilqə: Daha bir cüdoçumuz mübarizəyə başlayır

Böyük Dəbilqə: Daha bir cüdoçumuz mübarizəyə başlayır O, 1/16 final mərhələsində Marius Fizellə (Slovakiya) üz-üzə gələcək
Fərdi
7 May , 2021 09:54
Böyük Dəbilqə: Daha bir cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, sonuncu yarış günündə 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxacaq.

O, 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Marius Fizellə (Slovakiya) üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev (81 kq) medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Son xəbərlər

Orphus sistemi