Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri məlum oldu

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri məlum oldu Mayın 5-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqənin püşkatma mərasimi keçirilib.
Fərdi
4 May , 2021 21:49
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri məlum oldu

Mayın 5-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqənin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.

Kişilər
60 kq

1/16 final. Davud Məmmədsoy - ALbert Oğuzov (Rusiya)

66 kq
1/32 final. Elçin Hüseynov - Karmine Maria Di Loreto (İtaliya)

73 kq
1/16 final. Rəşad Məmmədəliyev - Antoni Zinqq (Almaniya) / Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi
1/32 final. Nurlan Osmanov - Georgios Azoidis (Yunanıstan)

81 kq
1/16 final. Murad Fətiyev - Terens Kuamba (Qabon)
1/32 final. Hidayət Heydərov - Asad Masabirov (Qırğızıstan)

+100 kq
1/16 final. Camal Feyziyev - Marius Fizel (Slovakiya)

Qadınlar
48 kq

1/16 final. Leyla Əliyeva - Melani Vieu (Fransa)
1/16 final. Aişə Qurbanlı - Katarina Ments (Almaniya)

52 kq
1/16 final. Gültac Məmmədəliyeva - Lus Olvera (Meksika)

İlk yarış günündə kişilərdən Məmmədsoy və Hüseynov, qadınlardan Əliyeva, Qurbanlı və Məmmədəliyeva tatamiyə çıxacaq. Mayın 6-da Məmmədəliyev, Osmanov, Fətiyev və Heydərov, mayın 7-də isə Feyziyev mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi