Böyük Dəbilqə: Cüdoçularımız çıxışlarını iki medalla başa vurdu - YENİLƏNİB

Böyük Dəbilqə: Cüdoçularımız çıxışlarını iki medalla başa vurdu - YENİLƏNİB Hazırda Azərbaycan 80 ölkə arasında 13-cüdür
Fərdi
28 Mart , 2021 12:27
Böyük Dəbilqə: Cüdoçularımız çıxışlarını iki medalla başa vurdu - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın son 2 cüdoçusu mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib.

Mirzəyev 1/32 finalda qətərli Reda Nafvaya qalib gəlsə də, növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə uduzub.

Kokaurinin ilk qarşılaşması isə 1/8 finala təsadüf edib. O, türkiyəli Cemal Erdoğanla üz-üzə gəlib. Görüş Erdoğanın qələbəsi ilə yekunlaşıb.

Bununla da hər iki cüdoçu yarışı erkən başa vurub.

Qeyd edək ki, Azərbaycan yığması Böyük Dəbilqəyə 7 kişi və 4 qadın cüdoçu ilə yollanıb. İlk 2 yarış günündə Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.

09:57

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın son 2 cüdoçusu mübarizəyə qoşulacaq.

"Report"un məlumatına görə, Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edəcək.

Mirzəyev 1/32 finalda qətərli Reda Nafva ilə üz-üzə gələcək. Bu görüşün qalibi növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə rəqib olacaq.

Kokaurinin ilk qarşılaşması isə 1/8 finala təsadüf edəcək. O, Qalimjan Krikbay (Qazaxıstan) - Cemal Erdoğan (Türkiyə) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan yığması Böyük Dəbilqəyə 7 kişi və 4 qadın cüdoçu ilə yollanıb. İlk 2 yarış günündə Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb. Hazırda Azərbaycan 80 ölkə arasında 13-cüdür.

Son xəbərlər

Orphus sistemi