Böyük Dəbilqə: Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Böyük Dəbilqə: Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır Bu gün Azərbaycanın 6 cüdoçusu Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Fərdi
16 Oktyabr , 2021 09:24
Böyük Dəbilqə: Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 6 cüdoçusu Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/8 final mərhələsində Jolan Florimontla (Fransa) üz-üzə gələcək.

66 kq-dakı İsmayıl İbrahimov 1/16 finalda Robin Korrado (Fransa) ilə, eyni çəkidəki İbrahim Əliyev Xuan Ernandeslə (Kolumbiya) görüşəcək.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Qran-pridə qızıl medal qazanan Hidayət Heydərov (73 kq) 1/16 final mərhələsində Enzo Gibelli (Fransa) ilə, eyni çəkidəki Telman Vəliyev isə David Lima (Braziliya) ilə qarşılaşacaq.

Azərbaycanın yarışdakı yeganə qadın cüdoçusu İçinxorlu Muntsxedev (57 kq) Seija Ballhausun (Almaniya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, yarışa oktyabrın 17-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi