Millimiz Böyük Dəbilqəni bir medalla başa vurdu

Millimiz Böyük Dəbilqəni bir medalla başa vurdu Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib
Fərdi
7 May , 2021 13:05
Millimiz Böyük Dəbilqəni bir medalla başa vurdu
Camal Feyziyev

Bu gün Azərbaycanın son təmsilçisi Rusiyanın Kazan şəhərindəki cüdo üzrə Böyük Dəbilqədə mübarizə aparıb.

"Report"un məlumatına görə, üçüncü yarış günündə 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxıb.

O, 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Marius Fizelə (Slovakiya) qalib gəlsə də, növbəti raundda braziliyalı Rafael Silvaya ipponla uduzub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev (81 kq) medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Son xəbərlər

Orphus sistemi