Böyük Dəbilqə: Azərbaycan cüdoçuları mübarizəyə başlayır

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları mübarizəyə başlayır Onlar 1/16 finalda müvafiq olaraq Teo Riquin və Benjamin Aksusla qarşılaşacaq
Fərdi
5 Fevral , 2022 09:02
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları mübarizəyə başlayır

Bu gün Azərbaycan millisinin 3 cüdoçusu Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Kot d ivuardan olan Dauda Dabone ilə üz-üzə gələcək.

73 kq-dakı Hidayət Heydərov və Rüstəm Orucov ilk görüşlərini Franca təmsilçilərinə qarşı keçirəcək. Onlar 1/16 finalda müvafiq olaraq Teo Riquin və Benjamin Aksusla qarşılaşacaq.

60 kq
1/8 final. Kəramət Hüseynov - Dauda Dabone (Kot d ivuar)

73 kq
1/16 final. Hidayət Heydərov - Teo Riquin (Fransa)

1/16 final. Rüstəm Orucov - Benjamin Aksus (Fransa)

Qeyd edək ki, Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri fevralın 6-da tatamiyə çıxacaq.

Son xəbərlər

Orphus sistemi