Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk yarış günündə çıxışlarını başa vurublar - YENİLƏNİB

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk yarış günündə çıxışlarını başa vurublar - YENİLƏNİB Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə bu gün Yaponiyanın Osaka şəhərində start götürən Böyük Dəbilqə turnirində bürünc medal şansını da əldə verib.
Fərdi
22 Noyabr , 2019 11:08
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk yarış günündə çıxışlarını başa vurublar - YENİLƏNİB

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə bu gün Yaponiyanın Osaka şəhərində start götürən Böyük Dəbilqə turnirində bürünc medal şansını da əldə verib.

“Report” xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı təsəlliverici görüşdə ispaniyalı Daniel Roman Perezə uduzub və 7-ci yerlə kifayətlənlənib.

Bu çəkidə bütün yarımfinalçılar Yaponiya cüdoçuları olub. Şıxəlizadənin 1/4 finalda yenildiyi Yoşiro Maruyama Yuki Nişiyamanı udaraq finala çıxıb. O, həlledici görüşdə Yuji Aidadan güclü olan Abe Hifumi ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə mübarizə aparan Azərbaycanın digər 6 cüdoçusu mübarizəni erkən dayandırdıqları üçün mükafatçılar sırasına düşmək imkanını itiriblər.


09:54***

Bu gün Yaponiyanın Osaka şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri start götürüb.

“Report”un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulub. Qadınlardan 48 kq çəkidə çıxış edənlər - Əliyeva Leyla 1/16 finalda Edna Karrilloya (İtaliya) uduzub. Aişə Qurbanlı isə eyni mərhələdə Harriet Bonfeysə (Malavi) qalib gəlsə də, Natsumi Tsunoda (Yaponiya) ilə bacarmayıb. 52 kq çəkidəki Gültac Məmmədəliyeva 1/16 finalda Kristina Blanaruya (Moldova) məğlub olub.

Kişilərdə 60 kq çəkidə yer alanlar - Kəramət Hüseynov 1/16 finalda Yanislav Gerçevi (Belarus) üstələsə də, növbəti raundda Yunq Vei Yanqa (Çin Taybeyi) uduzub. Mübarizəyə eyni mərhələdən başlayan Davud Məmmədsoy Elios Manzidən (İtaliya) güclü olsa da, 1/8 finalda Naohisa Takatoya (Yaponiya) yenilib.

66 kq-da Nicat Şıxəlizadə Beslan Muradov (Rusiya) və Osniel Solisi (Kuba) məğlub etsə də, 1/4 finalda Yoşiro Maruyamaya (Yaponiya) uduzub. O, təsəlliverici görüşdə Daniel Roman Perezlə (İspaniya) qarşılaşacaq.

Eyni çəkidə Orxan Səfərov isə 1/32 finalda Jülyen Frasadoru (Kanada) üstələsə də, Mixail Pulyayevi (Rusiya) keçə bilməyib.

Qeyd edək ki, yığma 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək nüfuzlu turnirə 8 kişi və 5 qadın cüdoçu ilə qatılıb.

İkinci yarış günündə qadınlarda 57 kq çəkidəki Aleksandra-Larisa Florian 1/16 finalda Tsukasa Yoşidanı (Yaponiya), İçinxorlu Munxtsedev isə eyni mərhələdə Po Sum Leunqu (Honkonq) sınağa çəkəcək. Kişilərdən 81 kq-da çıxış edən Murad Fətiyevin 1/32 finalda rəqibi Vladimir Zoloyev (Qırğızıstan) olacaq.

Noyabrın 24-də - son yarış günündə Azərbaycanı yalnız kişi idmançılar təmsil edəcəklər. 90 kq çəkidə yer alan Məmmədəli Mehdiyev 1/16 finalda Harisson Kassar (Avstraliya) - Deril Servan Yamomoto (Peru) cütünün qalibi ilə güləşəcək. 100 kq çəkidə yer alanlara gəlincə, Elmar Qasımov 1/16 finalda Sedrik Olivar (Fransa) - Georgi Minaşkin (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq. Zelim Kotsoyev isə 1/32 finalda Karl-Riçard Freylə üz-üzə gələcək.

Böyük Dəbilqədə 87 ölkədən ümumilikdə 486 idmançı - 280 kişi və 206 qadın cüdoçu mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi