Böyük Britaniya yığmasının Rio-de-Janeyroda 9 çantası yoxa çıxıb

Böyük Britaniya yığmasının Rio-de-Janeyroda 9 çantası yoxa çıxıb Bəzi çantalarda britaniyalı üzgüçülərin forması olub
Fərdi
6 avqust 2016 13:33
Böyük Britaniya yığmasının Rio-de-Janeyroda 9 çantası yoxa çıxıb

Bakı. 6 avqust. REPORT.AZ/ Böyük Britaniya yığmasının Rio-de-Janeyrodakı olimpiya kəndində içərisində geyim və avadanlığın olduğu 9 çantası yoxa çıxıb.

Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.

Bəzi çantalarda britaniyalı üzgüçülərin forması olub, lakin komandanın ehtiyat avadanlığı qalır. Britaniyaların təqribən 3 minə yaxın çantası olub. 

Digər ölkələrin yığmaları da əşyaların itməsi haqqında dəfələrlə şikayət edib. 

Xatırladaq ki, Olimpiya Oyunları avqustun 21-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi