Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq Azərbaycanın 5 idmançısı ilk günü medalsız bitirib
Fərdi
6 May , 2021 16:26
Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, onların hamısı kişilər arasında iki çəki dərəcəsində yarışıb.

81 kq-da mübarizə aparan Hidayət Heydərov 1/32 final mərhələsində Asad Masabirova (Qırğızıstan) uduzub.

Eyni çəkidəki Murad Fəyiyev 1/16 final mərhələsində Terens Kuambanı (Qabon), ardınca Hasan Kalmurzayevi və Aslan Lappinaqovi (hər ikisi Rusiya) məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda Atilla Unqvarinin (Macarıstan) müqavimətini qıra bilməyib. Fətiyev bürünc medal uğrunda Yunus Bekmurzayevla görüşəcək.

73 kq-dakı Rəşad Məmmədəliyev ilk görüşdə Maxmadbek Maxmadbekova (Rusiya) məğlub olub. Nurlan Osmanov (73 kq) Georgios Azoidis (Yunanıstan) və Fabio Basile (İtaliya) ilə dueldən qalib ayrılsa da, 1/8 final mərhələsində Nuqzari Tatalaşvili (Gürcüstan) ilə bacarmayıb.

Qeyd edək ki, Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Yarışda 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır. Azərbaycanın 5 idmançısı ilk günü medalsız bitirib.

Son xəbərlər

Orphus sistemi