Valtteri Bottas: "Bakıda məğlubiyyətdən sonra uşaq kimi ağladım"

Valtteri Bottas: "Bakıda məğlubiyyətdən sonra uşaq kimi ağladım" Bakı. 23 dekabr. REPORT.AZ/ Mercedes komandasının pilotu Valtteri Bottas etiraf edib ki, 2018-ci ildə Azərbaycanda keçirilən Qran-pridən sonra o qədər məyus olub ki, mehmanxanaya qayıtdıqdan sonra ağlayıb. Finlandiyalı idmançı həmin yarış zamanı önə çıxsa da, təkərin partlaması səbəbindən yarışı başa çatdıra bilməyib.
Fərdi
23 Dekabr , 2018 15:37
Valtteri Bottas: Bakıda məğlubiyyətdən sonra uşaq kimi ağladım

Bakı. 23 dekabr. REPORT.AZ/ "Mercedes" komandasının pilotu Valtteri Bottas etiraf edib ki, 2018-ci ildə Azərbaycanda keçirilən Qran-pridən sonra o qədər məyus olub ki, mehmanxanaya qayıtdıqdan sonra ağlayıb. Finlandiyalı idmançı həmin yarış zamanı önə çıxsa da, təkərin partlaması səbəbindən yarışı başa çatdıra bilməyib.

“Report” xəbər verir ki, pilotun sözlərini "Racefans" nəşri sitat gətirib.

"Bu, mənim karyeram ərzində ən böyük məyus olduğum yarışlardan biri idi. Onun ən yaxşı yarışlardan biri olduğunu düşünürdüm. Uzun müddət geridə gedirdim, lakin önə çıxa bildim. Hiss edirdim ki, hər şey nəzarət altındadır, yalnız bir az şansa ehtiyacım var idi, lakin sonra deşilmə oldu və çıxışımı dayandırdım. Çox istərdim ki, mövsümdə ilk qələbəmi qazanım, çünki bundan əvvəl bir neçə dəfə finişə liderdən bir addım geridə çatmışam. Sonra bütün komanda məni dəstəklədi.

Mehmanxanaya qayıtdıqdan sonra tamamilə əzgin idim və uşaq kimi ağladım. Ancaq, sonra özümə gəldim və dedim ki, bir uğursuzluq məni sındıra bilməz", - deyə Bottas bildirib.

Son xəbərlər

Orphus sistemi