Boksçumuz dünya birinciliyində 1/4 finala yüksəldi

Boksçumuz dünya birinciliyində 1/4 finala yüksəldi Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir
Fərdi
118
16 Aprel , 2021 00:05
Boksçumuz dünya birinciliyində 1/4 finala yüksəldi

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyinin üçüncü günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.

"Report" Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, onlardan Əli Zamanov (52 kq) mundialda ikinci qarşılaşmasını keçirib.

İlk döyüşündə Ermənistan təmsilçisi Ruben Qarboyanı mübarizədən kənarlaşdıran yeniyetmələr arasında Avropa çempionu 1/8 finalda tailandlı Tanakon Aonyaemlə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28). O, yarımfinala gedən yolda rusiyalı Yevgeni Jorovla döyüşəcək. Görüş aprelin 19-na təsadüf edəcək.

Zamanovun uğurunu Cəlal Qurbanov (60 kq) da davam etdirib. 1/16 finalda macarıstanlı Ferens Samu ilə üz-üzə gələn azərbaycanlı boksçu rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Qurbanov 1/8 final görüşünü aprelin 18-də yaponiyalı Reyto Tsutsumiyə qarşı keçirəcək.

69 kq çəki dərəcəsində qüvvəsini sınayan Samir Nəsirov 1/16 finalda polşalı Mateus Urbanla döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, mundialın ilk günündə Əzrək Bəbirov (56 kq) 1/16 final döyüşünü qələbə ilə bitirib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi