Boks üzrə Azərbaycan millisi yoxlama görüşləri üçün Rusiyaya yollanıb

Boks üzrə Azərbaycan millisi yoxlama görüşləri üçün Rusiyaya yollanıb Bakı. 4 fevral. REPORT.AZ/ Kişi boksçulardan ibarət Azərbaycan yığması yoxlama görüşləri üçün Rusiyaya yollanıb.
Fərdi
5474
4 Fevral , 2019 09:46
Boks üzrə Azərbaycan millisi yoxlama görüşləri üçün Rusiyaya yollanıb

Bakı. 4 fevral. REPORT.AZ/ Kişi boksçulardan ibarət Azərbaycan yığması yoxlama görüşləri üçün Rusiyaya yollanıb.

“Report” Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Vaqif Şirinovun rəhbərlik etdiyi milli Nalçik şəhərində 3 qarşılaşmada qüvvəsini sınayacaq. Döyüşlər 5 – 6 fevrala təsadüf edəcək. Rəqiblər Polşa, ev sahiblərinin 19-22 yaşlılardan ibarət komandası və Qafqaz ölkələrinin yığması olacaq.

Məşqçilər korpusu yoxlama döyüşlərində Yadigar Əliyev (49 kq), Elvin Məmişzadə (52 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov, Nəbi İsgəndərov (hər ikisi 64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov, Pedro Alfonso (hər ikisi 81 kq), Rövşən Yaqubzadə (91 kq) və Sadiq Səmədova (+91 kq) şans verəcək.

Milli fevralın 7-də Vətənə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi