Yuxarı
    Bağlamaq

    Boksçular Floyd Meyuezer və Menni Pakyao əsrin döyüşünü keçirəcək

    Döyüşün izlənmə hüququnun satışı və teleauditoriyanın sayına görə boks döyüşləri arasında bütün rekordları vuracağı gözlənilir

    Bakı. 2 may. REPORT.AZ/ Amerikalı boksçu Floyd Meyuezer və filippinli Menni Pakyao titul döyüşünə çıxacaq. Bir çox ekspertin "əsrin döyüşü" adlandığı 12 raunddan ibarət görüş Las-Veqasda (ABŞ, Nevada ştatı) "MGM Grand" hotelinin arenasında keçiriləcək. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 

    Bu boks tarixində ən səbirsizliklə gözlənilən görüşdür. 

    Döyüş bu günə qədər olan ən bahalı boks görüşü olacaq və birdən-birə bir neçə rekordu vuracaq. Onlardan ən əsası - boksçuların alacaqları qonorar olacaq. Rəsmi olaraq rəqiblərin qazanclarının məbləği açıqlanmır, məlumdur ki, onlar Meyuezerin lehinə 60 / 40 nisbətində qonorar alacaqlar. Şimali Amerika  nəşrlərinə əsasən, amerikalı 150 - 150 mln dollar arası, filippinli isə 100 - 120 mln. dollar gəlir əldə edəcək. 

    Döyüşün izlənmə hüququnun satışı və teleauditoriyanın sayına görə boks döyüşləri arasında bütün rekordları vuracağı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi