​Boksçu Pərviz Bağırov olimpiadada mübarizəni ilk görüşdəcə dayandırıb

​Boksçu Pərviz Bağırov olimpiadada mübarizəni ilk görüşdəcə dayandırıb O, 1/8 finalda fransalı rəqibini məğlub edə bilməyib
Fərdi
12 Avqust , 2016 01:54
​Boksçu Pərviz Bağırov olimpiadada mübarizəni ilk görüşdəcə dayandırıb

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Pərviz Bağırov ilk döyüşünə çıxıb.

"Report"un məlumatına görə, 69 kq çəki dərəcəsində çıxış edən 33 yaşlı idmançının 1/8 finaldakı rəqibi fransalı Süleyman Diop Sissoxo olub.

İlk raundda hakimlər üstünlüyü Bağırova, ikincisində isə Sissoxoya veriblər. Görüşün taleyi son raundda həll olunub. Bu zaman fransalı boksçu daha üstün sayılıb.

Beləliklə, Bağırov elə ilk görüşdəcə 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi