Daha bir boksçu nokautdan sonra ölüb

Daha bir boksçu nokautdan sonra ölüb Mzvanele Kompolo aparıldığı xəstəxanada dünyasını dəyişib
Fərdi
17 Sentyabr , 2015 17:17
Daha bir boksçu nokautdan sonra ölüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Cənubi Afrika Respublikasının Şərqi Kap bölgəsində keçirilən boks turnirində bədbəxt hadisə baş verib. "Report"un məlumatına görə, yerli boksçu Mzvanele Kompolo döyüşdən sonra ölüb.

Rinqə çıxan Kompolo ilk raundda nokaut olub. Vəziyyəti pisləşən əlcək sahibi xəstəxanaya aparılıb. Komaya düşən boksçunun həyatını həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bənzər hadisə ötən həftə də baş verib. 28 yaşlı avstraliyalı boksçu David Braun döyüşün 12-ci raundunda nokaut olub. Huşsuz vəziyyətdə xəstəxanada qalan Braun 4 gündən sonra dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi