Boks üzrə növbəti dünya çempionatının yeri açıqlandı

Boks üzrə növbəti dünya çempionatının yeri açıqlandı Yarışın dəqiq tarixi hələlik açıqlanmayıb
Fərdi
2 Aprel , 2021 15:51
Boks üzrə növbəti dünya çempionatının yeri açıqlandı

Kişilər arasında boks üzrə 2023-cü il dünya çempionatı Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov qurumun rəsmi saytına açıqlamasında deyib.

Yarışın dəqiq tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2021-ci il dünya çempionatı 10 - 24 apreldə Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi