Boks üzrə dünya çempionu məşq zamanı ölüb

Boks üzrə dünya çempionu məşq zamanı ölüb Ona təxmini olaraq ağciyər arteriyalarının emboliyası diaqnozu qoyulub
Fərdi
113
29 Avqust , 2017 23:40
Boks üzrə dünya çempionu məşq zamanı ölüb

Bakı. 29 avqust. REPORT.AZ/ Dünya Boks Federasiyası versiyası üzrə yarım yüngül çəkidə dünya çempionu olan fransalı Anjelik Düşman məşq zamanı ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 26 yaşlı idmançı Tüir bələdiyyəsində yerləşən boks klubunda məşq zamanı özünü pis hiss edib.

Qıza ürək masajı edilib və o, xəstəxanaya aparılıb. Lakin boksçunun həyatını xilas etmək mümkün olmayıb. Ona təxmini olaraq ağciyər arteriyalarının emboliyası diaqnozu qoyulub.

Anjelik Düşman boks üzrə dünya çempionu titulunu bu ilin mayında qazanıb.

Son xəbərlər

Orphus sistemi