Boks üzrə dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib

Boks üzrə dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib Kişilər arasında yarış Rusiya və Hindistanda olacaq
Fərdi
25 İyul , 2017 13:20
Boks üzrə dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib

Bakı. 25 iyul. REPORT.AZ/ Boks üzrə kişilər arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib.

“Report”un məlumatına görə, bununla bağlı qərar Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) Moskvada baş tutan İcraiyyə Komitəsinin iclasında verilib.

DÇ-2019-un ev sahibliyi Rusiyaya verilib. Yarış Soçi şəhərində baş tutacaq. 2021-ci ildə keçiriləcək çempionat isə Hindistanın paytaxtı Dehlidə olacaq.

Bu şəhər həm də qadınlar arasında keçiriləcək DÇ-2018-ə ev sahibliyi edəcək. 2019-cu ildə isə qadın idmançıların yarışı Türkiyənin Trabzon şəhərində təşkil olunacaq.

Qeyd edək ki, bu il keçiriləcək mundial 25 avqust – 3 sentyabrda Almaniyanın Hamburq şəhərində reallaşacaq. 

Son xəbərlər

Orphus sistemi