​Boks üzrə dünya çempionatına ev sahibliyi edəcək şəhər açıqlanıb

​Boks üzrə dünya çempionatına ev sahibliyi edəcək şəhər açıqlanıb Mundial Almaniyanın Hamburq şəhərində keçiriləcək
Fərdi
14 Oktyabr , 2015 15:14
​Boks üzrə dünya çempionatına ev sahibliyi edəcək şəhər açıqlanıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ 2017-ci ildə boks üzrə böyüklər arasında dünya çempionatını qəbul edəcək şəhərin adı açıqlanıb. "Report"un məlumatına görə, AIBA (Beynəlxalq Həvəskar Boks Assosiasiyası) İcraiyyə Komitəsinin Qətərdə keçirilən toplantısında qurumun prezidenti Çinq Kuo Vu növbəti dünya çempionatının Almaniyanın Hamburq şəhərində keçiriləcəyini deyib.

Üç federasiya tərəfindən namizədliyin irəli sürüldüyünü bildirən Çinq Kuo Vu Hamburqu seçmələrinin səbəblərini də açıqlayıb: "Uzun sürən araşdırmalardan sonra Hamburqa üstünlük verdik. Hamburq sentyabrda APB-nin finalını yüksək səviyyədə qəbul edərək bu cür yarışların keçirilməsində təcrübəsi olduğunu göstərdi. Uzun fasilədən sonra boks üzrə dünya çempionatı yenidən Avropada təşkil olunacaq".

Almaniya Boks Federasiyasının prezidenti Yurqen Kyas isə bu qərara sevindiklərini bildirib: "Qətər Boks Federasiyası Dohada böyük işlər gördü. AİBA-nın növbəti yarışı bizə həvalə etməsi böyük etimaddan xəbər verir".

Qeyd edək ki, Almaniya (Münhen, 1982-ci il və Berlin, 1995-ci il) üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi