Boks üzrə Azərbaycan yığmasında baş məşqçinin köməkçiləri müəyyənləşib

Boks üzrə Azərbaycan yığmasında baş məşqçinin köməkçiləri müəyyənləşib Leonid Layinski işin icrasına başlayıb
Fərdi
18 Yanvar , 2017 19:01
Boks üzrə Azərbaycan yığmasında baş məşqçinin köməkçiləri müəyyənləşib

Bakı. 18 yanvar. REPORT.AZ/ Boks üzrə böyüklərdən ibarət Azərbaycan yığmasının məşqçiləri müəyyənləşib. 

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov məlumat verib.

Onun sözlərinə görə, yığmanın yeni baş məşqçisi Leonid Layinskiyə Nəriman Abdullayev və Lazzaro Martines Ximenese kömək edəcək: "Artıq ukraynalı məşqçi öz işinin icrasına başlayıb. Yanvarın 25-də ölkə çempionatı keçiriləcək. Fevralın 1-də isə artıq yığma komandanın toplanışı start götürəcək. Hazırlıqlar federasiyanın idman zalında olacaq".

Qeyd edək ki, bir müddət əvvəl ukraynalı Leonid Layinski boks üzrə Azərbaycan yığmasına baş məşqçi təyin olunub. O, Pedro Roqu əvəzləyib.

Son xəbərlər

Orphus sistemi