Boks üzrə Azərbaycan çempionatının yarımfinalçıları məlum olub

Boks üzrə Azərbaycan çempionatının yarımfinalçıları məlum olub Kişi boksçular arasında Azərbaycan çempionatında dörddəbir final mərhələsinin görüşlərinə yekun vurulub.
Fərdi
14 Yanvar , 2022 00:59
Boks üzrə Azərbaycan çempionatının yarımfinalçıları məlum olub

Kişi boksçular arasında Azərbaycan çempionatında dörddəbir final mərhələsinin görüşlərinə yekun vurulub.

"Report" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 29 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 3-cü günündə 17 qarşılaşma baş tutub.

Görüşləri Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov da izləyib.

Beş çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib.

Boksçularımızdan 57 kiloqram çəki dərəcəsində Ümid Rüstəmov, Əzrək Bəbirov, Nihat Abdullayev, 63,5 kiloqram çəki dərəcəsində isə Ruslan Rüstəmov, Həsən İbrahimov, Malik Həsənov, Cəlal Qurbanov yarımfinala vəsiqə qazanıblar.

Nəbi İsgəndərov, Cavid Çələbiyev, Pərvin Heydərov, Elməddin İsmayılov 67, Murad Allahverdiyev, Fərid Qəribov, Kamran Şahsuvarlı, Elmir Süleymanov, 80, Fuad Cəfərov isə 92 kiloqram çəki dərəcəsində qalib elan ediliblər.

Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Son xəbərlər

Orphus sistemi