Boks üzrə Azərbaycan çempionatı start götürür

Boks üzrə Azərbaycan çempionatı start götürür Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək.
Fərdi
22 Noyabr , 2019 13:30
Boks üzrə Azərbaycan çempionatı start götürür

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək. 

"Report" xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 109 boksçusu qatılacaq.

Döyüşlər saat 15:00-da başlanacaq. Qaliblərin adına isə noyabrın 27-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Son xəbərlər

Orphus sistemi