Boks millimiz olimpiadaya hazırlıq üçün İtaliyaya yollanır

Boks millimiz olimpiadaya hazırlıq üçün İtaliyaya yollanır Tokio Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirən kişi boksçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub.
Fərdi
239
2 İyul , 2021 11:44
Boks millimiz olimpiadaya hazırlıq üçün İtaliyaya yollanır

Tokio Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirən kişi boksçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub.

"Report"un federasiyanın rəsmi saytına istinadən məlumatına görə, iyunda Avropa Olimpiya Təsnifat Turniri bitdikdən sonra davam etdirilən hazırlığın son mərhələsi İtaliyada yekunlaşacaq.

Tokio-2020-yə lisenziya qazanan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevin (+91 kq) heyətində yer aldığı komanda bu gün Assizi şəhərinə yola düşəcək. Umberto Orta Dominqesin baş məşqçisi olduğu millimiz burada beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Hazırlıqda 10-dək ölkənin iştirakı planlaşdırılır. Onlar arasında İtaliya, Fransa, Dominikan Respublikası, Hindistan, Kanada və digərləri var.

Boksçular Assizidə əsasən fiziki və taktiki hazırlıq üzərində işləyəcəklər. Toplanışın son mərhələsində sınaq döyüşlərinin olması da planlaşdırılır. Yığma iyulun 18-dək İtaliyada hazırlıq keçəcək və oradan Olimpiadanın təşkil olunacağı Tokioya yollanacaq.

Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi