BOK boksu Olimpiya Oyunları - 2020-də saxlamağı tövsiyə edib

BOK boksu Olimpiya Oyunları - 2020-də saxlamağı tövsiyə edib Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi boks idman növünün Tokioda keçiriləcək 2020-ci il Olimpiya Oyunları proqramında saxlanılmasını tövsiyə edib, lakin Beynəlxalq Boks Assosiasiyasını (AIBA) tanınma statusundan məhrum etməyə çağırıb.
Fərdi
23 May , 2019 00:03
BOK boksu Olimpiya Oyunları - 2020-də saxlamağı tövsiyə edib

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi boks idman növünün Tokioda keçiriləcək 2020-ci il Olimpiya Oyunları proqramında saxlanılmasını tövsiyə edib, lakin Beynəlxalq Boks Assosiasiyasını (AIBA) tanınma statusundan məhrum etməyə çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu tövsiyə çərşənbə günü BOK-un İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Bununla belə, yaxın Olimpiya Oyunlarından sonra tam tanınma statusu AIBA-ya qaytarıla bilər.

Məsələ ilə əlaqədar olaraq boks turniri ilə AIBA yox, BOK-un özü məşğul olacaq. Turnirin təşkil edilməsi üçün BOK üzvü və Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabenin sədrliyi altında xüsusi işçi qrup yaradılıb. Qrup Olimpiya turnirinin 2020-ci ilin yanvar ayından may ayına qədər keçirilməli olan təsnifat yarışlarının təşkilatı ilə məşğul oolacaq. Qrup həmçinin kişi və qadın çəki dərəcələri və kvotaların paylanmasını təsdiq edəcək.

Son xəbərlər

Orphus sistemi