Bir boksçumuz finala yüksəldi, ikisi yarımfinal görüşünə çıxmadı

Bir boksçumuz finala yüksəldi, ikisi yarımfinal görüşünə çıxmadı Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.
Fərdi
7 İyun , 2021 17:18
Bir boksçumuz finala yüksəldi, ikisi yarımfinal görüşünə çıxmadı

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü döyüşə çıxmadan bu hüquqa yiyələnib. Buna rəqibinin qarşılaşmadan imtinası səbəb olub.

Hər iki boksçu Tokio-2020-yə lisenziyaya yiyələndiyindən, İspaniyanı təmsil edən Qazimaqomed Jalidov Domingeslə mübarizədən imtina edib.

Yığmanın digər boksçularından Lorenso Sotomayor (69 kq) Andrey Zamkovoyla (Rusiya), Məhəmməd Abdullayev (+91 kq) isə Murad Əliyevlə (Fransa) yarımfinal görüşünə qatılmayacaq. Olimpiadaya lisenziyanı təmin edən idmançılar zədə səbəbindən rinqə çıxmayacaqlarından, bürünc medalla kifayətləniblər.

Turnirin final döyüşləri iyunun 8-də olacaq.

Qeyd edək ki, kişi boksçulardan ibarət milli komandanın 5 üzvü Tokio-2020-də iştiraklarını rəsmiləşdiriblər.

Son xəbərlər

Orphus sistemi