Biləcəri-Xırdalan-Sumqayıt qatarı pulsuz işləyəcək

Biləcəri-Xırdalan-Sumqayıt qatarı pulsuz işləyəcək Bu məlumatı "Azərbaycan Dəmir Yolları" yayıb
Fərdi
2785
12 May , 2017 12:51
Biləcəri-Xırdalan-Sumqayıt qatarı pulsuz işləyəcək

Bakı. 12 may. REPORT.AZ/ Biləcəri-Xıradalan-Sumqayıt dəmir yolu marşrutu ilə sərnişinlər ödənişsiz daşınacaq.  Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumatda deyilir.

"Mayın 12-si və 22-də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, “Koroğlu” - "Bakı Sərnişin" stansiyaları marşrutu üzrə işləyən “KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək", - deyə xəbərdə bildirilib.

Son xəbərlər

Orphus sistemi