Bakı. 22 iyul. REPORT.AZ/ Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) qurumun bayrağı altında keçirilən yarışlarda bukmeker kontorlarının reklamlarının yerləşdirilməsini qadağan edib.
“Report”un məlumatına görə, qərar təşkilatın Macarıstanın paytaxtı Budapeştdə keçirilən Baş Konqressində qəbul olunub.
Qeyd edək ki, FINA-nın bayrağı altında təşkil olunan yarışlarda qadağan olunmuş reklam siyahısına spirtli içki və tütün məmulatları da daxildir.