Beynəlxalq tennis mövsümü yenə təxirə salındı

Beynəlxalq tennis mövsümü yenə təxirə salındı Peşəkar Tennisçilər Assosiasiyası (ATP), Qadın Tennisçilər Assosiasiyası (WTA) və Beynəlxalq Tennis Federasiyası (ITF) cari mövsümdəki fasilə müddətini uzadıb.
Fərdi
15 May , 2020 19:25
Beynəlxalq tennis mövsümü yenə təxirə salındı

Peşəkar Tennisçilər Assosiasiyası (ATP), Qadın Tennisçilər Assosiasiyası (WTA) və Beynəlxalq Tennis Federasiyası (ITF) cari mövsümdəki fasilə müddətini uzadıb.

"Report"un ITF-nin rəsmi saytına istinadən məlumatına görə, koronavirus pandemiyası səbəbindən iyulun 31-dək beynəlxalq yarışlar keçirilməyəcək.

ATP sədri Andrea Quadentsi bildirib ki, müvafiq qurumlar mövsümün bərpası üçün bütün variantları nəzərdən keçirir: "Həmçinin bu mövsüm üçün təqvimin dəyişdirilməsi ehtimalını da qiymətləndirməyə davam edirik. Həmişə olduğu kimi, tennis ictimaiyyətinin sağlamlığı və rifahı, qəbul etdiyimiz hər bir qərarın əsas prioriteti olaraq qalır".

Qeyd edək ki, tennis mövsümü daha əvvəl 6 həftəlik dayandırılıb. Daha sonra isə fasilə müddəti iyulun 13-dək uzadılıb. Pandemiya səbəbindən "Wimbledon və "Roland Garros" turnirləri sentyabrın sonunadək təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi