Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti müəyyənləşib

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti müəyyənləşib Mahir Məmmədov FIDE-nin vitse-prezidenti olub
Fərdi
6036
3 Oktyabr , 2018 18:49
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti müəyyənləşib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti müəyyənləşib. 

"Report" xəbər verir ki, FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç təşkilatın rəhbəri seçilib.

Səsvermə zamanı Dvorkoviçin lehinə 103 səs, FİDE-nin vitse-prezidenti Georgios Makropulosun lehinə 78 səs verilib, daha bir səs isə etibarsız sayılıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Dvorkoviçin komandasında yer alıb. O, FIDE-də vitse-prezident vəzifəsini tutub. 

Britaniyalı Naycel Şort isə səsverməyə bir neçə dəqiqə qalmış namizədliyini geri götürüb.  

Son xəbərlər

Orphus sistemi