​Beynəlxalq Şahmat Federasiyası yeni qayda tətbiq edib

​Beynəlxalq Şahmat Federasiyası yeni qayda tətbiq edib Bütün turnirlərdə hər gedişə görə 30 saniyə əlavə olunacaq
Fərdi
25 May , 2015 04:23
​Beynəlxalq Şahmat Federasiyası yeni qayda tətbiq edib

Bakı. 25 may. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FİDE) vaxtın əlavə olunması ilə bağlı yeni qayda tətbiq edib.

"Report" xəbər verir ki, təşkilatın himayəsi altında keçiriləcək bütün turnirlərdə birincidən başlayaraq hər gedişə görə 30 saniyə əlavə olunacaq.

Əvvəl bu qayda 60-cı gedişdən sonra tətbiq olunurdu.

Bununla yanaşı vaxta ümumi nəzarət vahid şəkilə salınmayacaq. Dünya birinciliyi, iddiaçılar turniri və Qran-pri yarışlarında ilk 40 gedişə nəzarət 100 dəqiqə, növbəti 20 gedişə 50 dəqiqə və son partiya üçün 15 dəqiqə təşkil edəcək.

Digər yarışlarda 40 gedişə 90 dəqiqə və son partiya üçün 30 dəqiqə ayrılacaq.

Son xəbərlər

Orphus sistemi