Azərbaycanın beynəlxalq dərəcəli hakimləri cüdo üzrə Avropa kuboku yarışını idarə ediblər - FOTO

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri cüdo üzrə Avropa kuboku yarışını idarə ediblər - FOTO Xəbər verdiyimiz kimi ötən həftənin sonu yeniyetmə və gənc cüdoçular arasında Avropa kuboku yarışları keçirilib.
Fərdi
8 Aprel , 2019 21:24
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri cüdo üzrə Avropa kuboku yarışını idarə ediblər - FOTO

Xəbər verdiyimiz kimi ötən həftənin sonu yeniyetmə və gənc cüdoçular arasında Avropa kuboku yarışları keçirilib.

"Report"un Azərbaycan Cüdo Federasiyasına istinadən məlumatına görə, Azərbaycanlı hakimlər də beynəlxalq turnirləri idarə edən ədalət təmsilçiləri arasında yer alıblar.

Beynəlxalq dərəcəli hakim Mətin Rəhimli İtaliyanın Liqnano şəhərində keçirilən gənclər arasında Avropa kuboku yarışını idarə edib. Digər beynəlxalq dərəcəli hakim Fariz Hüseynov isə Çex Respublikasının Teplitse şəhərində baş tutan yeniyetmə cüdoçuların qitə kubokunda ədalət təmsilçisi olub.

Son xəbərlər

Orphus sistemi