​Beynəlxalq Cüdo Federasiyasının prezidenti: "Yarışın təşkilatçılığından razıyam"

​Beynəlxalq Cüdo Federasiyasının prezidenti: "Yarışın təşkilatçılığından razıyam" "Azərbaycan Cüdo Federasiyası səmərəli fəaliyyət göstərir"
Fərdi
7 May , 2016 18:36
​Beynəlxalq Cüdo Federasiyasının prezidenti: Yarışın təşkilatçılığından razıyam

Bakı. 7 may. REPORT.AZ/ Bakıda keçirilən "Böyük dəbilqə" turnirinin bugünkü yarışlarından sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final mərhələsində təşkilatçılıq haqda fikirlərini bildirib. "Report"un məlumatına görə, o, Azərbaycanın böyük bir turnirə ev sahibliyi etdiyini söyləyib.

M.Vizer Azərbaycan Cüdo Federasiyasının səmərəli fəaliyyət göstərdiyini bildirib: "Azərbaycanda idmana böyük maraq var. İdmana göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə xüsusi təşəkkür edirəm. Doğrudan da çox böyük bir yarış keçirilir və təşkilatçılıqdan razıyam".

Son xəbərlər

Orphus sistemi