Yuxarı
    Bağlamaq

    Beynəlxalq Cüdo Federasiyasının prezidenti Bakıya gəlir

    Marius Vizer beynəlxalq seminarda iştirak edəcək

    Bakı. 5 yanvar. REPORT.AZ/ Beynəlxaq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Bakıya gəlir. "Report"un məlumatına görə, rumıniyalı funksioner paytaxtda İJF-nin hakimlər və məşqçilər üçün keçirəcəyi beynəlxalq seminarına qatılacaq.

    Yanvarın 6-da start götürəcək seminarda 99 ölkədən 370 nümayəndə iştirak edəcək. İki gün davam edəcək tədbirdə İJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir çox ölkələrin federasiya prezidentləri də yer alacaq. Seminarda məqsəd cüdo idman növünün hakimlik və yarış qaydalarında olan yeniliklərin həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaqdır.

    Heydər Əliyev adına İdman Sarayında keçiriləcək seminara saat 09:30-da start veriləcək.

    Tədbir İJF və Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı, eləcə də Youtube kanalı vasitəsilə canlı yayımlanacaq.

    Qeyd edək ki, Marius Vizerin səfər çərçivəsində rəsmi görüşlərdə də iştirakı nəzərdə tutulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi