Beynəlxalq Boks Assosiasiyası dörd hakimi ömürlük diskvalifikasiya edib

Beynəlxalq Boks Assosiasiyası dörd hakimi ömürlük diskvalifikasiya edib Beynəlxalq Boks Assosiasiyası (AIBA) dələduzluqda şübhəli bilinən dörd hakimi ömürlük diskvalifikasiya edib.
Fərdi
6 Noyabr , 2021 03:48
Beynəlxalq Boks Assosiasiyası dörd hakimi ömürlük diskvalifikasiya edib

Beynəlxalq Boks Assosiasiyası (AIBA) dələduzluqda şübhəli bilinən dörd hakimi ömürlük diskvalifikasiya edib.

“Report” xəbər verir ki, bunu “TASS”a müsahibəsində Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlev deyib.

Qeyd olunub ki, həmin hakimlər Belqradda keçirilən dünya çempionatından da kənarlaşdırılıb. Hazırda Riçard Maklarenin rəhbərlik etdiyi komissiya təşkilatın əvvəlki rəhbərliyinin korrupsiya əməllərini araşdırır.

“Bəli, onlar hakimlərdir. Sadəcə olaraq insanları ömürlük diskvalifikasiya edirik. Biz araşdırma aparan istintaq orqanı deyilik və boksu təmizləyirik”, - deyə Umar Kremlev əlavə edib.

Son xəbərlər

Orphus sistemi