Bakı. 14 oktyabr. REPORT.AZ/ Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi və Beynəlxalq İdman Federasiyaları Qlobal Assosiasiyasının isveçrəli rəhbəri Patrik Baumann 52 yaşında Buenos-Ayresdə dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə FIBA-ya istinadən TASS məlumat yayıb.
"FIBA-nın baş katibi Patrik Baumann şənbə günü Buenos-Ayresdə gənclər arasında keçirilən Olimpiya Oyunları zamanı vəfat edib. Onun ölümünə ürək tutması səbəb olub. Təcili tibbi yardım bir fayda verməyib", - deyə məlumatda bildirilir.