Bəxtiyar Abbasov Ukraynada yerli idmançını 4 dəqiqəyə məğlub edib

Bəxtiyar Abbasov Ukraynada yerli idmançını 4 dəqiqəyə məğlub edib Azərbaycan döyüşçüsü rəqibini boğucu fəndlə üstələyib
Fərdi
6 Mart , 2015 09:27
Bəxtiyar Abbasov Ukraynada yerli idmançını 4 dəqiqəyə məğlub edib

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti görüşünü keçirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı idmançı martın 5-də Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı gecəyə qatılıb. 

84 kq çəki dərəcəsində çıxış edən Abbasovun rəqibi ukraynalı Aleksandr Boyko olub. Peşəkar rinqdə 21-ci döyüşünə çıxan, indiyədək 12 dəfə qalib gələn Ukrayna təmsilçisi elə ilk raunddaca təmsil olub. 4-cü dəqiqədə boğucu fəndlə rəqibini çıxılmaz vəziyyətə salan Abbasov Boykonu təslim olmağa vadar edib.

Qeyd edək ki, bu, 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edən Bəxtiyar Abbasovun 17-ci döyüşündə 13-cü qələbəsi olub.             

Son xəbərlər

Orphus sistemi