Benzemanın şantaj qalmaqalı yenidən gündəmdə

Benzemanın şantaj qalmaqalı yenidən gündəmdə “Real Madrid”ın futbolçusu Kərim Benzema Valbuen işi ilə bağlı yenidən məhkəmə qarşısına çıxarıla bilər.
Fərdi
445
3 İyul , 2020 07:26
Benzemanın şantaj qalmaqalı yenidən gündəmdə

“Real Madrid”ın futbolçusu Kərim Benzema Valbuen işi ilə bağlı yenidən məhkəmə qarşısına çıxarıla bilər.

“Report” xəbər verir ki, bu bərədə “L'Equipe” nəşri məlumat yayıb.

Mənbənin dediyinə görə, yerli prokurorluq “Kral” klubunun 32 yaşlı futbolçusundan tələb edib ki, o, Moskva “Dinamo”sunun sabiq oyunçusu Matye Valbuenaya qarşı şantajda iştirak etdiyinə görə ədalətlə üzləşməlidir.

Qeyd edək ki, 2015-ci ildə Benzema Matye Valbueni intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunurdu. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.

Benzema Valbuena ilə video haqqında danışdığını etiraf edib və bunu videoya sahib olan digər üç şantajçı ilə əlaqəli olan uşaqlıq dostunun xahişi ilə etdiyini deyib.

Son xəbərlər

Orphus sistemi