Belçikalı velosipedçi qəzaya düşdükdən 6 ay sonra komadan ayılıb

Belçikalı velosipedçi qəzaya düşdükdən 6 ay sonra komadan ayılıb Bruks artıq sərbəst udqunur və bir neçə söz deyir
Fərdi
13 Dekabr , 2016 13:20
Belçikalı velosipedçi qəzaya düşdükdən 6 ay sonra komadan ayılıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Mayın sonlarında Belçika turu zamanı ağır qəzadan sonra komaya düşmüş yerli velosipedçi Stiq Bruks yarım ildən sonra özünə gəlib.

"Report"un "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, bu barədə 26 yaşlı idmançının həkimi Sirvas Binc açıqlama verib.

O bildirib ki, Bruks artıq sərbəst udqunur və bir neçə söz deyir: "Artıq onun komadan çıxdığını və hətta əzələ kütləsini yığmağa başladığını söyləmək olar. İrəliləyiş var, amma bərpa üçün səylə çalışmaq lazımdır. Çünki zədə çox ciddidir".

Qeyd edək ki, mayın 28-də keçirilmiş Belçika turunun üçüncü mərhələsində iki motosikletçinin günahı üzündən 20 velosipedçi bir-birinin üstünə yıxılıb. Nəticədə Stiq Bruks beyninə qan damma, göz yuvasının sınığı və ağ ciyərin zədələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi