Belaruslu velosipedçi dopinqə görə yarışlardan kənarlaşdırılıb

Belaruslu velosipedçi dopinqə görə yarışlardan kənarlaşdırılıb Bakı. 5 sentyabr. REPORT.AZ/ Bəhreynin “Bahrain-Merida” velosiped komandasının belaruslu üzvü Konstantin Sivçov komandadan uzaqlaşdırılıb.
Fərdi
5 Sentyabr , 2018 21:13
Belaruslu velosipedçi dopinqə görə yarışlardan kənarlaşdırılıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bəhreynin “Bahrain-Merida” velosiped komandasının belaruslu üzvü Konstantin Sivçov komandadan uzaqlaşdırılıb.

“Report” klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb idmançının dopinq testinin müsbət nəticə verməsidir.

Testin nəticəsi barədə Beynəlxalq Velosipedçilər İttifaqından kluba məlumat daxil olan kimi, 36 yaşlı idmançı komandanın heyətindən çıxarılıb.

Qeyd edək ki, velosipedçinin komandası ilə müqaviləsi dekabr ayında başa çatır. Mövcud qaydaya əsasən, məsələyə dair qərar verilənədək idmançı komandadan kənarda qalacaq.

Son xəbərlər

Orphus sistemi