Belarus idmançısı: "Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb"

Belarus idmançısı: "Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb" Yarışlardan təəssüratlar yaxşıdır, xüsusilə də evə medalla geri döndüyüm üçün sevinirəm. Dünya Kubokunda iştirak etməzdən əvvəl medal qazanacağıma ümid etmirdim, məqsəd finala çıxmaq idi.
Fərdi
18 Fevral , 2020 20:40
Belarus idmançısı: Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

"Yarışlardan təəssüratlar yaxşıdır, xüsusilə də evə medalla geri döndüyüm üçün sevinirəm. Dünya Kubokunda iştirak etməzdən əvvəl medal qazanacağıma ümid etmirdim, məqsəd finala çıxmaq idi".

"Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bunu Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının gümüş mükafatçısı belaruslu İvan Litvinoviç deyib.

Turnirdəki çıxışı barədə danışan gimnast bildirib ki, finaldakı proqramını dəyişdirməyib: "Bu, ixtisasda olan proqram idi. Məşqçi bunun mübarizəyə qatılmaq və başqaları ilə rəqabət aparmaq üçün kifayət etdiyini söyləmişdi".

İ.Litvinoviç vurğulayıb ki, Bakının Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb: "Üçüncü dəfədir Bakıya gəlirəm, artıq gimnastika arenasına öyrəşmişik, burada hər şey doğma və tanışdır".

Qeyd edək ki, fevralın 15-16-da Bakının Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku üzrə yarışlar keçirilib. 30 ölkənin 150-dək gimnastının iştirakı ilə keçirilən Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb.

Son xəbərlər

Orphus sistemi