Belarus daha bir yarışdan məhrum edildi

Belarus daha bir yarışdan məhrum edildi Bu il Pentatlon üzrə dünya çempionatı Belarusda təşkil olunmayacaq.
Fərdi
22 Yanvar , 2021 19:52
Belarus daha bir yarışdan məhrum edildi

Bu il müasir pentatlon üzrə dünya çempionatı Belarusda təşkil olunmayacaq.

"Report" Beynəlxalq Müasir Pentatlon Birliyinin (UIPM) rəsmi saytına istinadən xəbər verir ki, ölkə 7-13 iyunda Minskdə planlaşdırılan yarışı keçirmək hüququndan məhrum edilib.

Müvafiq qərar Belarusdakı siyasi hadisələrlə əlaqədar qəbul olunub. Bildirilib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış eyni tarixdə, amma başqa ölkədə təşkil olunacaq.

Qeyd edək ki, Belarus daha əvvəl büzüstü xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi