Bəhreyn IV İslam Həmrəyliyi Oyunlarında üç idman növündə təmsil olunacaq

Bəhreyn IV İslam Həmrəyliyi Oyunlarında üç idman növündə təmsil olunacaq Abdulrahman Askerin rəhbərlik etdiyi nümayəndə heyətində 38 idmançı yer alıb
Fərdi
10 May , 2017 10:53
Bəhreyn IV İslam Həmrəyliyi Oyunlarında üç idman növündə təmsil olunacaq

Bakı. 10 may. REPORT.AZ/ Bəhreyn Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında üç idman növündə təmsil olunacaq. “Report”un BNA-ya istinadən verdiyi məlumata görə, asiyalılar atletika, atıcılıq və güləş yarışlarında mübarizə aparacaqlar.

Bəhreyn Olimpiya Komitəsinin baş katibi Abdulrahman Askerin rəhbərlik edəcəyi nümayəndə heyətində 38 idmançı yer alıb. Onların içində rusiyalı Adam Batırov da var. 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı sərbəst güləşçi iki dəfə Avropa çempionatının gümüş medalçısı olmaqla bərabər, 2016-cı il Asiya çempionatının qalibidir.

Qeyd edək ki, Bəhreyn nümayəndə heyətində yer alan rəsmi şəxslər mayın 9-da Bakıya yola düşüblər. İdmançılar isə yarışlar başlayan ərəfədə gələcəklər.

Son xəbərlər

Orphus sistemi